"Çelsi"nin sahibi Roman Abramoviç 15 aydan sonra ilk dəfə klubunun oyununu stadiondan canlı izləyib.
Fanat.Az xəbər verir ki, sonuncu dəfə 2019-cu ilin iyulunda London təmsilçisinin matçına gələn rusiyalı iş adamı Moskvada keçirilən "Krasnodar" - "Çelsi" oyununa təşrif buyurub.
Son üç ildə viza problemləri səbəbindən London klubunun İngiltərədəki qarşılaşmalarına gedə bilməyən Abramoviç beləliklə Frank Lempardın rəhbərlik etdiyi "Çelsi"nin oyununa ilk dəfə stadiondan baxıb.
Qeyd edək ki, görüş "zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az