Türkiyənin "Konyaspor" klubu Super Liqanın VII turunun "Başakşəhər"lə ev matçından əvvəl Azərbaycana özünəməxsus şəkildə dəstək olub.
Fanat.Az xəbər verir ki, komanda rəsmi "Twitter" hesabından oyunun start heyətini açıqlayarkən oktyabrın 30-da baş verən zəlzələ nəticəsində zərər çəkmiş İzmirlə yanaşı, Azərbaycana da dəstəyini nümayiş etdirib.
Qarşılaşmanın "11-liy"ində İzmirin bölgələrini qeyd edən Konya təmsilçisi hücumda isə Qarabağın adını yazıb.
Qeyd edək ki, qarşılaşma Konyaspor"un 1:2 hesablı məğlubiyyəti ilə bitib.