Millimizin futbolçusu Rüfət Dadaşov hazırda çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu ilə müqaviləsinin yenilənməsini arzu edir.
Fanat.Az xəbər verir ki, bu barədə hücumçu "Bild" nəşinə danışarkən deyib.
29 yaşlı futbolçu komandasının Milli Futbol Liqasında (USL) 2019/2020 mövsümündə çıxışını da dəyərləndirib: "Öən mövsüm heyətlə bağlı bəzi problemlər oldu. Komandada 10 futbolçu koronavirusa yoluxdu. Təbii ki, bu, arzuolunmaz hal idi. "Finiks Rayzinq"də əla mövsüm keçirdim. Arizonada inanılmaz sayda əla və faydalı insanlarla tanış oldum. Müqaviləmin müddəti nbaşa çatdı. Səbirsizliklə sözləşmə müddətinin uzadılacağını gözləyirəm".
Qeyd edək ki, Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.
Fanat.Az