Ulduz transferləri ilə daim gündəmə damğa vuran "Real" transfer çalışmalarını davam etdirir.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, "Kral Klubu" Erlinq Halandın transferini Dortmund "Borussiya"sı ilə razılaşdırıb. Anlaşmaya əsasən, 20 yaşlı norveçli ulduz 2022-ci ilin yayında "Real"a keçəcək. Haland Kərim Benzemadan boşalacaq 9 nömrəli formanı geyinəcək.
Məlumata görə, Halandın transferində onun Norveç millisindəki komanda yoldaşı, hazırda "Real"ın formasını geyinən Martin Odeqaard önəmli rol oynayıb. AS nəşrin transfer məbləğini açıqlamayıb.
Erlinq Haland bu ilin yanvarında "Zalssburq"dan "Borussiya"ya 20 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu 20 yaşlı futbolçu cari mövsümdə oynadığı 10 rəsmi matçda 10 qol vurub və 3 məhsulrdar ötürmə edib.
Erlinq Haland
Avropa mediasının məlumatına görə, "Real" Erlinq Halanddan başqa Kilian Mbappenin də transferində sona yaxınlaşır. Bildirilir ki, PSJ-nin və Fransa millisinin üzvü 2021-ci ilin yayında "Kral Klubu"na üz tutacaq.
PSJ Kilian Mbappeni 2018-ci ilin yayında "Monako"dan 135 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 180 milyon avro qiymət qoyduğu 21 yaşlı forvard bu mövsüm forma geyindiyi 8 matçda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
Kilian Mbappe
"Real" həmçinin "Renn"də çıxış edən Eduardo Kamavinqanı da heyətinə qatmağa hazırlaşır. Məlumata görə, İspaniya və Fransa klubları Konqo əsilli fransalı futbolçunun keçidini razılaşdırıb.
Eduardo Kamavinqa "Renn"nin yetirməsidi. "Transfermarkt" artıq 17 yaşlı yarımmüdafiəçiyə 50 milyon avro qiymət qoyub. Bu ildən Fransa mmllisinə dəvət alan (3 oyun) futbolçu cari mövsüm "Renn"nin heyətində keçirdiyi 9 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Eduardo Kamavinqa