"Barselona"nın və Kamerun millisinin sabiq futbolçusu Aleks Sonq karyerasını Cibutidə davam etdirəcək.
Fanat.Az goal.com-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Arta Solar 7” klubu ilə müqavilə imzalayıb. Anlaşmanın müddətdi 2 ildi. O, klub akademiyasında məşqçi səlahiyyətlərini də yerinə yetirəcək.
Qeyd edək ki, Aleks Sonq karyerası ərzində Fransanın "Bastiya", İngiltərənin "Arsenal", "Çarlton", "Vest Hem", İspaniyanın "Barselona", Rusiyanın "Rubin" və İsveçrənin "Sion" klublarında çıxış edib. 2012-ci ildə "Arsenal"dan "Barselona"ya 19 milyon avroya transfer olunan futbolçu La Liqanın qalibi olub və "Kral Kubok"unda final oynayıb. Aleks Sonq Kamerun millisində 49 oyun keçirib.