Qarışıq döyüş növləri üzrə veteran Oleq Taktarov Həbib Nurməhəmmədov - Castin Qetji döyüşünü danışılmış qarşılaşma adlandırıb.
Fanat.Az xəbər verir ki, "rus ayısı" "Russkiy estonets" YouTube kanalına bunları deyib: Həbib - Qetji döyüşünün nəticəsi əvvəldən bəlli idi. Hər şey göz qabağındadır. Mənim üçün bu, tam normal haldır. Çünki hər ikisinin meneceri Əli Abdel-Əzizdir. Pul qazanmağın nəyi pisdir ki...Həbibim əvəzinə şad və xoşbəxtəm.
Ən yaxşısı isə odur ki, daha Antonio Masiasla UFC 6 turnirinin yarımfinalındakı döyüşüm barədə mənə heç nə yazmırlar. O vaxt bizim də menecerimiz eyni adam idi. Özünüz başa düşürsüz də... Həbib ağrıdıcı fəndlə qələbə qazandı və sanki gənclərə mesaj göndərdi: daha çox güləşin, parterdə rəqibinizi qəddarcasına əzişdirməyin".
Qeyd edək ki, yüngül çəkidə çempion Nurməhəmmədov oktyabrın 24-də Əbu-Dabidəki "Döyüşçü adası"ndakı titul görüşündə müvəqqəti çempion Qetjini yenəndən sonra karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az