Dieqo Maradonanın həkimi Leapoldo Luke xəstəxanada olan əfsanəvi veteranın sağlıq durumundan danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" Lukenin dediklərini belə çatdırıb:
"Dieqo özünü əla hiss edir. Evə qayıdacağı tarixi gözləyir. Terapevtlərlə danışacağıq. Daha bir neçə analiz verməlidir. Hərçənd səhhətindəki irəliləyiş aşkar sezilir. Böyük ehtimalla, bu gün və ya sabah evə buraxacaqlar".
Qeyd edək ki, oktyabrın 30-da çalışdırdığı "Ximnasiya və Esqrima"nı "Patronato" ilə açılış turunun oyununa (3:0) çıxaran Maradona özünü yaxşı hiss etmədiyinə görə, görüşü sonadək izləyə bilməmişdi. Ardından əfsanəvi veteran paytaxt Buenos - Ayresdən təxminən 1 saatlıq məsafədə olan La-Platadakı klinikalardan birinə yerləşdirilmişdi.
Fanat.Az