"Trabzonspor"dan 20 milyon avroya "Leyptsiq"ə transfer olunan Aleksander Şörlot Almaniya klubunda gərginliyə səbəb olub.
Fanat.Az xəbər verir ki, Bundesliqa klubunun heyətində 7 rəsmi matça çıxaraq 313 dəqiqə oynayan norveçli futbolçunun qol vura bilməməsi narazılıqla nəticələnib.
"Bild" nəşri futbolçunu sərt şəkildə tənqid eidb. "Şörlot nə zaman "partlayacaq"? 20 milyon avroluq forvard 7 həftədə qol vurmayıb, qol ötürməsi verməyib. Komandanın ən çox qol vuran futbolçusu sol cinah oyunçusudu" deyə nəşr yazıb.
Bu arada "A Spor" Şörlotla yeni iddia ilə çıxış edib. Kanalın iddiasına görə, "Qalatasaray" norveçli ulduzu heyətinə qatmaq istəyir. Belə ki, "Leyptsiq" İstanbul klubunda çıxış edən Markaoya elçi düşüb. "Qalatasaray" isə onu Şörlotla dəyişmək istəyir.
Qeyd edək ki, Şörlot ötən mövsüm "Trabzonspor"un heyətində meydana çıxdığı 49 rəsmi oyunda 33 qol vurub və 11 məhsuldar ötürmə edib. Norveç millisində keçirdiyi 27 oyunda 9 qol vuran 24 yaşlı forvard əvvəllər Norveçin "Rusenborq", "Bodo/Qlimt", Niderlandın "Qroningen", Danimarkanın "Midtüllan", İngiltərənin "Kristal Palas" və Belçikanın "Genk" klublarında oynayıb.