Neymar Braziliya millisinin düşərgəsini tərk edib.
Fanat.Az xəbər verir ki, "Globo Esporte" zədə üzündən yığmadan ayrılan ulduzun Venesuela və Uruqvayla oyunları buraxacağını bildirib.
Daha öncə "pentakampionlar"ın çalışdırıcısı Tite hücumçunun bu gün Venesuela ilə keçiriləcək matçda forma geyməyəcəyini, lakin 4 gün sonra Uqurvayla səfər qarşılaşmasına yollanacağını açıqlamışdı.
Xatırladaq ki, Neymar Çempionlar Liqasında zədələnib. PSJ-nin "Başakşəhər"i 2:0 hesabıyla yendiyi qarşılaşmanın 26-cı dəqiqəsində əzələsindən xəsarət alan ulduz yerini Pablo Sarabiyaya vermək məcburiyyətində qalmışdı.
Fanat.Az