Madrid "Real"ının kapitanı Serxi Ramosun komandadan gedəcəyi ilə bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, son olaraq "El Chiringuito TV" ispanın 80 faiz ehtimalla, iş yerini dəyişəcəyini bildirib. 34 yaşlı ödənişli futbolçunun uzunmüddətli müqavilə tələbini əsas gətirən mənbə daha cəlbedici təkliflərin çoxluğunu da qabardıb.
2005-ci ildə "Sevilya"dan transfer olunan Ramos 15 ildə "Real"da 22 mükafat qazanıb. Onların arasında 4 Çempionlar Liqası kuboku və 5 İspaniya çempionluğu da var.
Fanat.Az