Bu gecə UEFA Millətlər Liqasında V tur start götürüb.
Fanat.Az-ın məlumatına görə, ilk oyun günündə A, C və D Liqalarında 9 görüş reallaşıb.
Azərbaycan yığmasının mübarizə apardığı C liqasının 1-ci qrupunda iki qarşılaşma keçirilib. Millimiz Monteneqro ilə qolsuz heç-heçəyə razılaşıbsa, qrupun lideri Lüksemburq autsayder Kiprə uduzub.
A Liqasının 3-cü qrupunun liderlərindən Portuqaliya Fransanı qəbul edib. Minimal hesablı qələbə qazanan qonaqlar final mərhələsinə vəsiqə əldə ediblər. Qrupun digər oyununda İsveç Xorvatiyaya qalib gəlib - 2:1.
4-cü qrupda Almaniya Ukraynanı 3:1 hesabı ilə yenibsə, İspaniya rəqib meydanında İsveçrə ilə heç-heçə edib.
UEFA Millətlər Liqası
V tur
A liqası
3-cü qrup
Portuqaliya - Fransa - 0:1
Qol: Nqolo Kante, 54.
İsveç - Xorvatiya - 2:1
Qol: Deyan Kuluşevski, 36, Markus Danielson, 45+2 - Markus Dnielsen, 81 (öz qapısına).
Xal durumu: Fransa - 13, Portuqaliya - 10, Xorvatiya - 3, İsveç - 3.
4-cü qrup
Almaniya - Ukrayna - 3:1
Qollar: Leroy Sane, 23, Timo Verner, 33, 64 - Roman Yaremçuk, 12.
İsveçrə - İspaniya - 1:1
Qollar: Remo Froyler, 26 - Jerar Moreno, 89.
İstifadə olunmayan penalti: Serxio Ramos (İspaniya), 57, 80.
Qırmızı vərəqə: Niko Elvedi, 79 (İsveçrə).
Xal durumu: Almaniya - 9, İspaniya - 8, Ukrayna - 6, İsveçrə - 5.
C Liqası
1-ci qrup
Azərbaycan - Monteneqro - 0:0
Qırmız vərəqə: İqor İvanoviç, 45+2 (Monteneqro).
Kipr - Lüksemburq - 2:1
Qollar: Qriqoris Kasstanos, 34 (penalti), 71 - Yoannis Kusulos, 5 (öz qapısına).
Qırmızı vərəqə: Vahid Selimoviç, 33 (Lüksemburq).
Xal durumu: Monteneqro - 10, Lüksemburq - 9, Azərbaycan - 5, Kipr - 4.
D Liqası
1-ci qrup
Malta - Andorra - 3:1
Qollar: Emili Qarsiya, 56 (öz qapısına), Yurgen Deqabriele, 59, Lyuk Dimex, 90+3 - Mark Rebes, 3.
Latviya - Farer adaları - 1:1
Qollar: Vladimir Kameş, 59 - Qunnar Vatnamar, 60.
Xal durumu: Farer adaları - 11, Malta - 8, Latviya - 4, Andorra - 2.
2-ci qrup
San Marino - Cəbəllütariq - 0:0
Qırmızı vərəqə: Davide Simonçini, 49 (San Marino).
Xal durumu: Cəbəllütariq - 7, Lixtenşteyn - 4, San Marino - 2.
Fanat.Az