"Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu "Yuventus"un transfer siyahısına düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Tuttosport" yayıb.
Milanlılarla olan müqaviləsinin müddəti 2021-ci ilin iyununda bitəcək Hakanla bu qış müqavilənin detallarını razılaşdırmaq istəyən Turin klubu işi bitirməyə tələsir. Mənbə "ağ-qaralar"ın rəsmilərinin türkü yayda azad agent qismində heyətə qatmaq üçün yüksək əməkhaqqı təklif etdiyini vurğulayıb.
Yazılanlara inansaq, Çalhanoğlu onu rənglərinə bağlamağı hədəfləyən digər klubdan - "Atletiko"dan çox "Yuventus"a keçməkdə maraqlıdır.
Hakan "Milan"a 2017-ci ildə Leverkuzen "Bayer"indən transfer olunub. 23,3 milyon avroya alınan Türkiyə millisinin üzvü bu mövsüm çıxdığı 7 çempionat matçında 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az