Bildiyiniz kimi, son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları rekord həddə çatıb. Yoluxanlar arasında futbol klublarımızın, millimizin futbolçuları da var.
Maraqlıdır, görəsən bu hal Azərbaycan Premyer Liqasında yenidən dayandırılmaya səbəb olacaqmı?
Bunu dəqiqləşdirmək üçün PFL-ə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Fanat.Az-a bildirdi ki, çempionatın dayandırılması indilik gündəmdə deyil.
Qeyd edək ki, bu gün AFFA Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə ("Sabah") və Rahil Məmmədovun ("Qarabağ") koronavirusa yoluxduğunu açıqlayıb.
Röya Kərimli