İspaniya millisinin və "Barselona”nın zədəli futbolçusu Serxio Busketsin durumuna aydınlıq gəlib.
Fanat.Az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçda xəsarət alan 32 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Nəticədə onun zədəsinin ciddi olmadığı müəyyənləşib.
Busketsin 1 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. O, Millətlər Liqasında Almaniya ilə, La Liqada "Atletiko” ilə, Çempionlar Liqasında isə "Dinamo” (Kiyev) ilə oyunu buraxacaq.
Qeyd edək k, İsveçrə - İspaniya matçı 1:1 hesabı ilə başa çatıb.
Fanat.Az