Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, millimiz "Jozi Bartel" stadionunda VI turun oyunları çərçivəsində Lüksemburqun qonağı olub. Görüşdə hesab açılmayıb - 0:0. Rəqib komandanın futbolçusu Danel Sinani ilk yarının son dəqiqələrində penaltidən yararlana bilməyib.
Qrupun digər oyununda Monteneqro millisi Kipri qəbul edib. Bu görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıb.
Bununla da Monteneqro 13 xalla qrup lideri olub və növbəti mərhələyə vəsiqə qazanıb. Lüksemburq 10 xalla 2-ci, Azərbaycan 6 xalla 3-ü olub. 4 xalla sonuncu olan Kipr isə D liqasına yuvarlanıb.
UEFA Millətlər Liqası
VI tur
17 noyabr
Lüksemburq - Azərbaycan 0:0
İstifadə olunmayan penalti: Danel Sinani, 45+2.
Lüksemburq: 12. Ralf Şon, 19. Aldin Skenderoviç (6. Florian Bonert, 90+1), 7. Lars Gerson, 3. Enes Mahmutoviç, 18. Loran Yans (k), 16. Leandro Barreyro, 9. Danel Sinani, 17. Mika Pinto, 20. Edvin Muratoviç (22. Marvin Martins, 90+1), 21. Moris Devill (14. Stefano Bensi, 67), 11. Vensan Till (15. Sebastien Til, 80).
Ehtiyat oyunçular: 23. Tim Kips, 2. Seid Koraç, 4. Matias Olesen, 8. Timote Rupil.
Baş məşqçi: Lük Holts.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov (4. Şəhriyar Əliyev, 43), 18. Anton Krivotsyuk, 21. Amin Seydiyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 7. Tellur Mütəllimov (6. Vüqar Mustafayev, 69), 20. İsmayıl İbrahimli (22. Xəyal Nəcəfov, 85), 9. Ramil Şeydayev, 10. Mahir Emreli (19. Rəhim Sadıxov, 84).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 8. Coşqun Diniyev, 11. Musa Qurbanlı, 13. Mert Çelik, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli.
Baş məşqçi: Canni de Byazi.
Sarı vərəqələr: Enes Mahmutoviç, 31. Lars Gerson, 69. Leandro Barreyro, 78. Edvin Muratoviç, 88 - Azər Salahlı, 22. Amin Seydiyev, 47. Şahruddin Məhəmmədəliyev, 90+2.
Hakimlər: Feliks Zvayer, Torsten Şkiffner, Marko Achmüller, Harm Osmers (Almaniya).
Lüksemburq. "Jozi Bartel" stadionu.
1 |
Menteneqro |
6 |
4 |
1 |
1 |
10:2 |
13 |
2 |
Lüksemburq |
6 |
3 |
1 |
2 |
7:5 |
10 |
3 |
Azərbaycan |
6 |
1 |
3 |
2 |
2:4 |
6 |
4 |
Kipr |
6 |
1 |
1 |
4 |
2:10 |
4 |