"Çelsi"nin sabiq çalışdırıcısı Antonio Konte onun dönəmində London klubunun heyətə qatmağa yaxın olduğu oyunçulardan danışıb.
Fanat.Az xəbər verir ki, "İnter"in baş məşqçisinin söylədiklərini "The Telegraph" belə çatdırıb:
"Çempionatı qalib başa vurandan sonra rəhbərlikdən iki futbolçu istəmişdim. Onlardan biri Romelu Lukaku, digəri Vircil van Deyk idi. Hər ikisini transfer etməyə çox yaxın olsaq da, son nəticədə istəyimizə çatmadıq. İdarəçilərə demişdim ki, van Deyk və Lukaku "Çelsi"ni 30 faiz gücləndirəcəklər. Komandanı ən yüksək səviyyəyə qaldıra, orda daha uzun müddət işləyə bilərdim. Bu gün Romelu "İnter"dəki oyunu ilə mənim düzgün hədəf seçdiyimi isbatlayırsa, Vircil də "Liverpul"da adından söz etdirir".
Konte "Çelsi"ni 2016-2018-ci illər aralığında çalışdırıb.
Fanat.Az