"Antalyaspor"un hücumçusu Lukaş Podolski hokkey klubu "Kölner Haye"də oynayacaq.
Fanat.Az xəbər verir ki, daha öncə 35 yaşlı oyunçu sözügedən klub 100 min simvolik virtual bilet sata biləcəyi halda, komandanın formasını geyinəcəyini bildirmişdi.
Almaniya millisinin heyətində dünya çempionu olan Podolski "Kölner Haye"nin mətbuat xidmətinə belə danışıb: "100 min bilet satıldığı üçün çox şadam. Çağırışa qoşulan bütün insanlara təşəkkür etmək lazımdır. Ara sakitləşəndən sonra "Köln"lə bütün detalları müzakirə edəcəyik. Buz üzərinə çıxmağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, "Kölner Haye" simvolik biletləri koronavirus pandemiyası üzündən yaranan maliyyə çətinliklərini aradan qaldırmaq üçün satışa çıxarıb.
Fanat.Az