Türkiyə Super Liqasında IX tur başa çatıb.
Fanat.Az xəbər verir ki, turun son günündə bir oyun keçirilib.
"Qalatasaray” öz meydanında "Kayserispor”la görüşüb. İstanbul təmsilçisi penalti zərbəsi ilə hesabı açsa da, üstünlüyünü qoruya bilməyərək xal itkisi ilə üzləşib.
Qeyd edək ki, növbəti turun oyunları noyabrın 27-30-da baş tutacaq.
Qalatasaray- Kayserispor 1:1
Qollar: Diagne, 62-pen. - Kampanharo, 71.