"Arsenal"ın baş məşqçisi Mikel Arteta işindən qovulmaq təhlükəsinə görə narahat olmadığını bildirib.
Fanat.Az xəbər verir ki, "Goal" onu söylədiklərini belə çatdırıb:
"Məşqçiliyə başladığım zaman bilirdim ki, bir gün məni qovacaqlar və klubu tərk edəcəm. Bilmirəm bu an bir aydan və ya bir ildən sonra yetişəcək. Nə vaxtsa qovulacağım üçün narahat deyiləm. Oyunçulardan daha artığını almaq və komandanın inkişafına yardımçı olmaq istəyirəm".
Qeyd edək ki, İngiltərə Premyer Liqasının son turunda evdə "Vulverhempton"a 1:2 hesabıyla yenilən "topçular" 10 tura cəmi 13 xal toplayaraq turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Fanat.Az