"Liverpul" "Sportinq"in 18 yaşlı müdafiəçisi Nuno Mendeşi heyətinə qatmaq istəyir.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi artıq oyunçunun agentinə zənv vurub. İyunun 19-da Lissabon klubu ilə 5 illik müqavilə bağlayan Mendeşin transfer qiyməti 45 milyon avrodur.
Mənbə "Sportinq" rəhbərliyinin gənc oyunçunu heyətdə saxlamaq üçün həm əməkhaqqısını, həm də trasnfer qiymətini artırmağı planlaşdırdığını da vurğulayıb.
2019/20 mövsümündə Nuno paytaxt klubunun əsas komandasında 9 oyuna çıxmışdısa, bu mövsüm 10 matçda forma geyinən istedadlı müdafiəçi 1 qol da vurmağa imkan tapıb.
Fanat.Az