"Napoli"nin 35 yaşlı hücumçusu Fernando Lyorente karyerasını "Yuventus"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Mənbə hücumçunun baş məşqçi Cennaro Qattuzonun planlarına daxil olmadığını və qışda Neapol təmsilçisindən ayrılmağa hazırlaşdığını vurğulayıb.
Onun 2013-2015 aralığında formasını geyindiyi "Yuve"yə keçmək ehtimalı yüksək dəyərləndirilir. Turin təmsilçisindən başqa, Lyorente ilə "İnter"in və bir neçə İspaniya təmsilçisinin də maraqlandığı bildirilir.
2019-cu ilin yayında "Tottenhem"dən ayrılan və azad agent qismində "Napoli"yə keçən Fernando bu mövsüm bir oyuna da çıxmayıb.
Fanat.Az