İran çempionatında 4-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Gol Gohar”la qarşılaşıb. Azərbaycanlılar evdə yenilib - 0:1.
Təbrizin daha məşhur "Traktor” klubu bu tur səfərdə "Mes Rafsancan”la qarşılaşacaq.
Dörd turdan sonra 2 xalı olan "Traktor” 16 kollektiv arasında 13-cü, 1 xala malik "Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.
Fanat.Az