"Real" bu yay PSJ-nin ulduz hücumçusu Kilian Mbappeni transfer edə bilməyəcək.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, koronavirus pandemiyası üzündən maliyyə çətinliyi ilə üzləşən İspaniya nəhəngi yüksək maaşa oynayan forvarddan ən azı bir il müddətinə əl çəkmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Mbappe PSJ-yə 2017-ci ildə "Monako"dan keçib. Bu mövsüm Fransa çempionatında 8 oyuna çıxan ön xətt oyunçusu 9 qol və 4 məhsuldar ötürmə lə yadda qalıb.
Fanat.Az