"Mançester Siti" Argentinanın "Estudiantes" klubunun yarımmüdafiəçisi Dario Sarmyentonu transfer etmək üçün danışıqlar aparır.
Fanat.Az xəbər verir ki, məlumatı "Twitter" hesabında italiyalı insayder Fabritsio Romano yayıb.
İngiltərə təmsilçisi qarşı tərəfə 19 milyon avro təklif edib. Sarmyento özü bu keçidin reallaşmasına razılıq versə, gələn ilin yayında münasibətlər rəsmiləşdiriləcək.
17 yaşlı Sarmyento 2020/21 mövsümündə "Estudiantes" əsas komandasında 3 oyun keçirib.
Fanat.Az