İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defo "Tottenhem"in hücum cütlüyündən - Harri Keyn və Son Xın Mindən danışıb.
Fanat.Az xəbər verir ki, hazırda "Reyncers"də çıxış edən Defo "Mennie Talks Podcast"a açıqlamasında belə deyib:
"Joze Mourinyunun Harri və Sondan düzəltdiyi hücum cütlüyü inanılmazdır. Hazırda bu ikili dünyanın ən yaxşısıdır. Uzunmüddətli sabitlik göz qabağındadır. Xın Min çox cəld fiqurdur. Həmlələr zamanı ani şəkildə müdafiənin arxasına keçir və rəqibi məhv edir".
Qeyd edək ki, bu mövsüm Keyn və Xın Min İngiltərə Premyer Liqasında hərəyə 10 oyun keçirib. 27 yaşlı ingilis 7 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıbsa, 28 yaşlı cənubi koreyalı 9 qol fonunda 2 dəfə assistentlik məharətini göstərib.
Fanat.Az