"Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı matçdan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Mahir Emrelinin də koronavirusa yoluxduğunu xatırladıb: "Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Fanat.Az