"Yuventus”un superulduzu Kriştianu Ronaldu karyerasının 750-ci qolunu vurmasını şərh edib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu "Twitter"də belə yazıb:
"750 qol. 750 xoşbəxt an, 750 dəfə azarkeşin üzündə yaranan təbəssüm. Bu möhtəşəm uğuru qazanmaqda mənə kömək edən bütün komanda yoldaşlarıma, məşqçilərə təşəkkür edirəm. Bütün rəqiblərim hər gün daha çox çalışmağıma şərait yaratdı”.
Qeyd edək ki, Ronaldu ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Dinamo” ilə matçda fərqələnərək karyerasının 750-ci qolunu vurub. Eyni zamanda o, ÇL-in ev oyunlarında vurduğu qolların sayını 71-ə çatdıraraq, Messini geridə qoyub (70) və turnirdə rekorda imza atıb.
Fanat.Az