Madrid "Atletiko"su qışda hücumçu transfer etməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, Dieqo Kostanın zədəli olması, Luis Suaresin koronavirusa yoluxması məşqçilər korpusunun üçüncü forvard haqda düşünməsini şərtləndirib.
AS nəşri madridlilərin əsas hədəfi müəyyənləşdirdiyini də açıqlayıb. Mənbə bu hücumçunun "Napoli"nin 26 yaşlı forvardı Arkadiuş Milik olduğunu bildirib.
Qeyd edək ki, polşalı oyunçu "Napoli"ni yayda da tərk etməyə yaxın idi. İspaniya klubu neapollularla olan müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək Miliki müəyyən məbləğ ödəməklə yanvarda almaq istəyir.
Fanat.Az