"Bavariya"nın hücumçusu Tomas Müller Almaniya millisinə mümkün qayıdışından danışıb.
Fanat.Az "Sky Germany"yə istinadən xəbər verir ki, baş məşqçi Yoahim Lövün 2019-cu ildən yığmaya çağırmadığı ön xətt oyunçusu bunları deyib:
"Qayıdışdan danışmağa hələ çox var. Çünki, millinin növbəti oyunları martda olacaq. İndi klubumun oyunu haqda düşünürəm. "Bavariya"nın həm çempionatda, həm də Çempionlar Liqasında işləri pis getmir. Sonrasına baxarıq. Lövün millinin baş məşqçi postunda saxlanılması federasiyanın qərarıdırsa, bütün almanlar bu qərarı dəstəkləməlidir. Ümid edirəm ki, onun rəhbərliyi altında komanda yaxşı çıxış edəcək".
Fanat.Az