PSJ hücumçusu Xese Rodrigeslə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, anlaşmasının müddəti 2021-ci ilin 30 iyun tarixində başa çatacaq oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulub.
İnformasiyanı Fransa klubunun saytı yayıb. Bu mövsüm Liqa 1-də 2 oyuna çıxan Xesenin hansı kluba üz tutacağı ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, sözügedən futbolçu Paris təmsilçisinə 2016-cı ildə "Real"dan keçmişdi. Fransızlar Xeseyə görə qarşı tərəfə 25 milyon avro ödəmişdi.
Fanat.Az