09:00 08.12.2020 2411

"Oğluma tapşırdım ki, özünü vur, amma əsir düşmə" - Cəbrayıldan olan məşqçi

İşğaldan azad olunan rayonlarımızın futbol tarixini araşdırarkən 80-cı illərdə Cəbrayılın "Xudafərin" komandasının baş məşqçisi işləmiş Rauf Qasımovla da əlaqə yaratdıq. Ürəyi o qədər dolu imiş ki, "qızım, telefonda nə danışım?! Gərək köhnə şəkilləri, sənədləri çıxaram. Buyurun gəlin, söhbət edək", deyə nəzakətlə qonaq dəvət etdi. 

Rauf müəllim məni bir albom şəkillə qarşıladı. Sən demə, bu fotolara 30 ildən çox imiş ki, baxmırmış. Fotolara baxarkən bütün xatirələri canlanan məşqçi Fanat.Az-a həm öz karyerası, həm də Cəbrayıl futbolu haqqında danışdı.

Özüm Füzuli şəhərində anadan olmuşam. Ancaq 3 yaşım olanda ailə vəziyyəti ilə əlaqədar olaraq köçmüşəm Cəbrayıla. Orada böyüyüb, məktəbi də Cəbrayıl da oxumuşam. Daha sonra isə Bakıda Bədən tərbiyəsi institutunda ali təhsil almışam. Sumqayıtda ehtiyat əmək qüvvələri cəmiyyətinin komandası vardı, orada məşqçi işləmişəm. Sonradan oturub fikirləşdim ki, gedib rayonuma xeyir verim və gəldim Cəbrayıla. Rayonun uşaq gənvlər idman məktəbinə müraciət etdim və dərhal işə götürdülər. 1974-1975-ci illər təvəllüdlü uşaqları yığdım və başladım onları məşq elətdirməyə. Həmin uşaqlarla biz 1986-ci ildə "Sevinc" kubokunu udduq. Bu komandanın oyunlarına hətta "Raykom"un (İcra Hakimiyyəti) I katibi də gəlirdi. Oyun olan gün bütün rayonun camaatı orada olurdu. Hadrutda indiki "zastava"nın mərkəzi Cəbrayılda olub. Həmin əsgərlərlə yerli uşaqlar futbol oynayardı. Yavaş-yavaş futbol inkişaf edirmiş, sadəcə olara pərakəndəlik olub. Məsələn, iki gün məşq edib yığışıb getdik Ağdamla, Füzuli ilə oynamağa, və yaxud onlar gəlirdi. Ancaq Cəbrayılın sırf peşəkar komandası bu komanda sayılır. Əvvəllər adı "Çinar" idi, sonra "Xüdafərin" oldu. İlkin olaraq bu komanda ilə başladıq. Respublika çempionatının II Liqasında çıxış edirdik. 
 


- Bu gün var Azərbaycan Premyer Liqası, I Divizion və U-17, U-15 və s. liqalar. Bəs həmin vaxtlar SSRİ tərkibində olduğumuz illərdə Azərbaycanda hansı liqalar vardı? 
-  O vaxtı da Azərbaycan çempionatı vardı - I və II liqalar. Ondan sonra gəlirdi SSRİ üzrə zonalar. Məsələn, bizim komandalar həmişə 9-cu zonada oynayırdı.  Ağdamın "Qarabağ"ı, Zaqatalanın "Daşqın"ı, Mingəçevirin "Toxucu"su kimi komandalar da bizim zonadan oynayırdı. "Neftçi" SSRİ çempionatında çıxış edirdi. Kirovabadın (Gəncə) "Dinamo" komandası da çıxdı. 6-7 zona vardı. Zonadan I və İİ yeri tutanlar artıq finala gəlirdilər. Məsələn, biz final oyunlarımızı Zaqatalada oynadıq. Finalda isə Yevlaxın "Avtomobilçi" komandasını udduq. Onda Yevlaxın çox yaxşı komandası vardı. 

Hə, ondan sonra rayon rəhbərliyi məşqçi axtarışına çıxdılar. Onlar da mənim idman məktəbində yetişdirdiyim uşaqları görmüşdülər. Dedilər ki, niyə gedib kənardan məşqçi gətirək, özümüzün var deyib məni təyin etdilər. Düzdür, o komanda da zəhmətim olub, amma əziyyətim, bütün nəyim varsa, hamısı bu komandayla (yuxarıda fotosu olan) bağlıdır.
 
 
 
Yetişdirdiyim uşaqlardan biri Sərdar Abdullayev yeniyetmələrdən ibarət SSRİ yığma komandasında oynayıb, Vəli Hüseynov uzun müddət Premyer Liqada "Xəzər Lənkəran"da oynayıb, "Bakı"nın kapitanı olmuş Yaşar Abuzərov, sonra "Neftçi"də oynamış onun qardaşı - Əli Əbuzərov. Yaşar da, Vəli də Premyer Liqada çempion olublar. Əli yadımda deyil, o, deyəsən Ruslan Abdullayevin vaxtında oynayırdı. Nə isə... Dediyim odu ki, bu 3 tələbəm Premyer Liqada oynayıblar. Bu gün Yaşar özü "Qəbələ"də uşaq futbolu üzrə məşqçi işləyir. Yaxşı oyunçudur, amma qədirbilən adam deyil. Əli yaxşı oğlandır... Tələbələrimdən olmuş Rüstəm indi İcra Hakimiyyətində işləyir... 

O vaxt Sərdarı Moskvanın "Torpedo" komandası aparmaq istəyirdi. Dedilər, Rauf, bu heç kimin sözünə qulaq asmır, bəlkə sənin sözünü eşidər. Getdik evlərinə. Dedim sənin üçün nə qədər əziyyət çəkmişəm, sən mənim əziyyətimin bəhrəsini verməlisən, ya yox?! Onu hələ 15 yaşında "Neftçi"yə götürürdülər. O vaxtın "Neftçi"sinə. Çox "moşnu" uşaq idi, yaxşı oynayırdı. Özü də onu mən təsadüfən küçə futbolundan tapmışam. Məhlədə uşaqlarla oynayırdılar. Dedim Sərdar, utanmırsan, balaca uşaqlarla oynayırsan. O da dedi ki, müəllim, onlar mənlə oxuyurlar. İnanmadım, getdi, "metirka"sını (şəhadətnamə) gətirdi, gördüm ki, 1973-cü il təvəllüddür. Onu gətirdim idman internatına 6 ay sonra SSRİ yığma komandasına düşdü. O dərəcədə istedadlı uşaq idi. 

 

Cəbrayılda çox güclü futbolçular olub. Kərəm Əliyev "Neftçi"də, "Dinamo"da oynayıb. Bizim rayonun yaxşı komandaları olub. Mən hələ uşaq idim, amma yadımdadır. Ümumiyyətlə, Cəbrayıl idman şəhəridir. Yüngül atlet Akif Vəliyev vardı, SSRİ xalqlarının Spartakiadasında Olimpiya çempionu Valeri Bruneydən sonra 2 m 6 sm hündürlük ilə ikinci yeri tutmuşdu. Cəbrayılın çoxlu idman ustası güləşçiləri vardı. Bu rayondan çox yaxşı idmançılar çıxıb. Futbolu da həmişə olub. Amma peşəkar şəkildə məhz bu komanda (fotodakı) ilə çıxmışıq, Respublikada da bu komanda ilə tanınmışıq.  15 Respublika, 24 komanda vardı. Moskva, Leninqrad komandaları da ayrı təmsil olunurdu, 4 komanda da SSRİ-dən. Onların içində 6-cı yeri tutduq. 4-5 minlik əhalisi olan balaca bir rayonun komandası gəlib SSRİ-i birinciliyində 6-cı yeri tutmaq nədi?!

Kitabçasını göstərir.
 
 
Qızım, bunu bilirsən nəyə görə almışam? Bunu hər adama vermirlər. Bizdə 4-5 məşqçi vardı. Ancaq mən uşaq yetişdirirdim deyə mənə bu kateqoriyanı verdilər. Budur adları da qeyd olunub. Tələbələrimin göstəricilərinə görə vermişdilər. Bu da 5 illikdir. Gərək bu kateqoriyanı almaq üçün 5 ildən sonra yenə yetişdirdiyim uşaqların nəticəsinə görə ala bilərsən. Cəbrayılda o qədər ümid verən uşaqlar vardı. Sadəcə arxası ilə getmədilər. Getsəydilər, hər bir Premyer Liqada oynayardılar. Bizim bu "Xudafərin" Ağdamın "Qarabağ" komandasının SSRİ çempionatında oynadığ illərdə qış hazırlığı çərçivəsində yoxlama görüşü keçirdik və elə bir komanda ilə başa-baş oynadıq. Təsəvvür edin ki, adi balaca bir rayonun komandası nə qədər güclü idi. Uzağı 1-2 ilə I Liqaya çıxardıq. Oradan o tərəfdə SSRİ-i çempionatı idi. Ora da bizim maliyyəmiz çatmazdı. Təyyarəyə bileti filan kimdi bizə verən. O mümkün olan şey deyildi. Ancaq hec olmasaı I Liqada oynaya bilərdik. 
 


- SSRİ dağıldıqdan sonra, müharibəyə qədərki dönəmdə komandada vəziyyət necə idi?
- SSRİ dağıldıqdan sonra qayıtdım Bakıya. Hiss elədim ki, artıq komandaya baxan yoxdur. O vaxtlar idarələr kömək edirdi komandaya. Uşaqlar maaş alırdılar. Bütün rayon istəyirdi komanda yaxşı çıxış etsin, hamı da kömək edirdi. Hələ sovet vaxtında uşaqlar o vaxtın pulu ilə 400 manat alırdılar. Elə-belə maaş deyildi. Özü də Cəbrayıldan liqada bir yox, iki komanda olub. Bizdən başqa Böyük Mərcanlının da komandası vardı. Sonra müharibə başladı, ara qarışdı. Deyəsən cəmi 7 oyun keçirdilər, ondan sonra dağıldılar. 

Cəbrayılın futbolu 20-ci illərdən gəlir. Dediyim kimi, zastavaların mərkəzi Cəbrayılda idi. Mən o vaxtlar heç anadan olmamışdım. Ancaq sonrada siz ermənilərin məkirinə bax ki, onu nə yollasa aparıblar Hadruta. Amma əvvəl Cəbrayılda olubdu. Ordakılar da yerli uşaqlarla oynayıblar. O vaxtlar komandanın adı "Spartak" imiş. "Çinar", "Xudafərin" kimi milli adları sonradan yarandı. 

Sonra müharibə başladı. Xudafərin hərəkatı vardı. Mən özüm də orada olmuşam. 1 ay evə gəlmədim. Ondan sonra gördüm ki, komanda futbol mümkün olan şey deyil, ailəm evim də Bakıda, daha qayıdıb gəldim. Düzdür, məndən sonra 1992-ci llə qədər oynadılar, amma həvəskar səviyyədə. Ağzına kimi dolan stadiona heç kim gəlmirmiş. Özü də bizim stadion 10 minə yaxın adam tuturdu. Bizim rayonun prokuroru Şamil müəllim onun rəhbrəliyi stadion tikilmişdi. Katib ona tapşırdı, prokuror da nəzarət etdi və stadion tikildi. Doğrudan da, çox gözəl stadion idi. Ora gələnlər hamı məəttəl qalırdı. Ö stadionun tikilməsinin də, o komandanın olmasının səbəbkarı bu uşaqlardır. Adi uşaqların oyununa katibdən belə gəlib izləyirdi. Özü də bunlar həqiqi futbol oynayırdılar e, daha kənd futbolu yox. Sən mənə vur, mən sənə vurum yox, əməlli başlı taktika ilə oynayırdılar. Əvvəlcədən tapşırığı necə vermişəmsə, meydanda dəqiqliyi ilə yerinə yetirirdilər. Siz təsəvvür edin ki, final oiyunlarında Bakının iki komandasını udmuşuq. Hansı ki, "Bakı-1"in qapıçısı Dmitri Kramarenko idi. Bakının idman məktəblərinin qaymaq uşaqlarının 3:0 udduq. 6-7 oyuna 96 qol vurmuşdular. 
 


- Bakıya qayıtdıqdan sonra karyeranıza necə davam etdiniz?
- 20 yanvar ərəfəsi idi. İşlədiyim "Olimpiskiy rezerv"də 6-7 məşqçi idik. Bizdən bir nəfər ixtisara düşdü, hansı ki, 7-8 uşağı vardı. Mən də gəlib müdürümüz Stepanoviçə dedim ki, məni ixtisara salın.O da dedi, yox, İdman Komiteti səni buraxmaz. Dedim, buraxdı-buraxmadı işləmirəm. Ondan sonra getdim Ukraynaya. 12 il orada yaşadım. Çünki o vaxt burada iş yox idi, ailəli adam, dolanmaq üçün gedib nəsə etməliydin. 7-ci mikrorayonda evim vardı, qapını bağladım, yoldaşımı-övladımı götürüb getdim. Qayıtdıqdan sonra da orta məktəbdə müəllim işlədim. Sovet vaxtı, and olsun Allaha, İdman Komitəsinə gedirdim, bir futbol şöbəsinin rəisi Şövkət Orduxanovun yanına getmirdim, digərləri Ramiz müəllim, Melik müəllim, hansının otağına girirdimsə, qalxıb görüşürdülər, Rauf müəllim nə kömək lazımdır deyirdilər. Bilirdilər ki, mən nəticə verəcəm. Amma 4-5 il bundan əvvəl getdim AFFA-ya qapıya heç yaxın buraxmırlar. Tanımırlar axı. Maşallah kimi bir adamı qapıda saxlayanlar, məni saxlamazlar?! 

Nə isə, Azərbaycana qayıtdıqdan sonra Təhsil Nazirliyinin nəzdində olan şöbəyə getdim işləmək üçün, mənə dedi ki, iş var ama gəliri azdır. Hİss etdim ki, başından edir. Ancaq sonradan bildim ki, başqa adamları götürüblər. Özü də o adamları yaxşı tanıyıram. Onda da hələ 50 yaşım vardı, işləyə bilərdim. İndi niyə işləmək istəmirəm, çünki məndə bir xüsisiyyət var, kənardan durub uşağa göstəriş vermirəm, özüm formamı geyinib meydanda uşaqla özüm işləyirəm.  Bu Yaşarı (Abuzərov) məşqdən sonra nə qədər saxlamışam. Hələ bir-iki dəfə şillə ilə vurmuşam, ona görə küsüb məndən. Deyirdi ki, nə məşqçi, döyürdü məni. İndiyənə kimi bir dəfə zəng etməyib. Yaşar qal, qalırdı. Özüm ötürürdüm, Yaşar, orta ilə, yan tərəflə vur, yəni hamısını özüm edirdim. Amma indi bunları edə bilmərəm, çətindi mənə. Ona görə də işləmək istəmərəm. Az yaşım yoxdur ki, 67 yaşım var artıq. 

- Heç belə baxanda bu gün Azərbaycanda çox sayda futbol adamlarına lazımı dəyəri vermirlər. 
- Yox eee, nə dəyər olubsa, sovet vaxtında olub. müstəqillik dönəmində mən onu görməmişəm. O vaxtı sənin rəhbərin bilirdi ki, sən işləyənsən, nəticə verməyin üçün sənə şərait yaradırdı. İnanın, mən bu uşaqları nə çətinliklə məşq elətdirirdim. Həmin vaxtlar top almaq çətin idi. Düzdür, dövlət top verir, amma o voleybol topu kimi bir şey idi, 3 dəfə oynayırdın cırılırdı. Uşaqların hər birinə plan qoymuşdum ki, ay ərzində 30 dənə boş butulka gətirməlisən. Onun birini 5 qəpiyə götürürdülər. Ay ərzində 2-3 min yığırdıq internatın anbarına , ayın axırında maşın gətirib yükləyib aparıb onu təhsil verib pulu alırdım. Həmin aparan maşın da bilirdi nə üçün edirik, bizdən pul almırdı. Butulaların satışından olan puıu 2-3 ay yığırdım gəlirdim Bakıya. Əlaqələrim çox idi, gəlib Bakıda topun birini 10 manatdan alırdım. Əsl top eee. O vaxt "venqerski" toplar vardı, gözəl toplar idi. 6-7 dənə ondan alırdım. Elə etmişdim ki, məşqdə hər uşağa bir top düşürdü. İndividual işləyə bilsinlər deyə. Yaxşıca məşqlər edirdik, uşaqlar da həvəslə iştirak edirdilər. Şəkildəki uşaqlara bir baxın. 7-8-9-cu sinifdə oxuyan uşaqlar kişilərlə oynayırdılar. Bu uşaqlar yetişməsəydilər , oynamasaydılar , biz o liqaya çıxa bilməzdik. Məndən sonra komandada İdman məktəbin direktoru Xanış müəllim işlədi. Yaxşı oğlandı, mənə də çox hörməti dəyib. Sonra da Əhməd müəllim işlədi, hərəsi 1 il işlədi, sonradan da komanda dağıldı. 
 


- Həmin dönəmdə uşaqlar nə çətinliklərlə futbol oynayıb. Ancaq bu gün istər meydan, istər top, hər baxımdan şərait var. Amma niyə sizin bu tərif etdiyiniz kimi uşaqlar indi yoxdur?
- Doğrudan da, bu çox yaxşı sualdır. Mən işlədiyim vaxtlarda yaxşı uşaq məşqçiləri vardı. Gəncədə Abramenko, Bakıda Ənvər müəllim vardı. Əvvəl səhər 8-dən girirdi meydançaya axşam 8-də çıxırdı. 12 saat bu adam fərqli qruplarla işləyirdi. Yaxşı məşqçilər vardı deyə, yaxşı uşaqlar çıxırdı. Son illərdə işlədiyim məktəbin yanında "Vətən" stadionu düzəltilər məşq keçirlər. Mən də məktəbdən elə izləyirdim məşq prosesini. Məşqçilərə baxıram ki, qeyri-peşəkar yanaşırlar işə. Bir dəfə topumuz düşmüşdü onlar tərəfə getdim götürməyə, elə ayaqstü məşqçi ilə söhbətim düşdü. Soruşduğum sadə suala cavab verə bilmədi. Uşaq futbolunda yaxşı kadrlarımız yoxdur. Bədən tərbiyə institutu da, elə diplom verib buraxırlar. 

Sən bilirsən ki, məni bir dəfə Bədən tərbiyəsi institutundan qovulmuşam? Sonradan mən o nəticələri verdikdən sonra bərpa olundum. Rektor demişdi get 1 işlə. Mən də getdim əsgərliyə,2 il ora getdi. Sonra da işlədim. Axır ki, 4-5 il keçdikdən sonra II kursa keçdim. Kitabçamı aldım əlimə getdim instituta. Mənim müəllimlərimdən biri Ağalarov idi, biri də keçmiş futbolçu Gündüz Cəfərov idi. Aparıb kitabçamı qoydum önlərinə, dedim ki, məni öz prinsipinizə görə nə qədər gecikdirdiniz. 

- Niyə sizinlə ədavət aparırdılar ki?
- Ağalarovu vurmuşdum (gülür)... Bir qrupda oxuduğum iki yoldaşım vardı. Biri Ənvər Həsənov idi, biri də Fəttahov. Bizim institutda futbol kafedrasında bir Fəttahov vardı, bu mənim qrup yoldaşım onun qardaşı oğlu idi. Nə futbolçu kimi futbolçu deyildi, nə nəzəriyyəni bilirdi, heç nə, elə-belə əmisinin hesabına hərlənirdi. İxtisasdan imtahan günüdür. Ağalarov Fəttahova 4 yazdı. Sonra Ənvər gəldi. Gözəl futbolçudur, amma danışıq qabiliyyəti yoxdur. Özü də Bakının hansısa komandasında 7-8 dəfə Respublika çempionu olmuşdu. Müəllim götürüb ona 3 yazdı. Dözə bilmədim, müəllimə etiraz edib, böyük ədalətsizlik etdiyini dedim. Dedim Fəttahov heç nə bacarmır, amma ona 4 yazırsız, Ənvər isə əsl idmançıdır, özü də yetim oğlandır, 4 yazsaz, bəlkə elə "stipendiya" alar... Sən özünə cavabdehsən, nə bilim nə, belə cavablar verdi. Sıra gəlib mənə, biletı çəkirəm danışıram, deyir səhvdir. Deyirəm, ay qardaş nə yazdırmısansa, onu danışıram. 1 bilet, 2 bilet, 3 bilet və nə danışıram deyir, yox səhv danışırsan, "2"... Get... Elə bu "2"ni yazanda, necə vurdumsa, yıxıldı və durub tez qaçdı rektorun otağına. Mən də aradan çıxdım ki, rektor Rəcəbov da elə adam idi ki, çətin məsələ idi yaxanı qurtarmaq. Dedim birdən məni tutdurar. Bir müddət sonra yanına gedəndə, dedi Allahına şükür et ki, səni tutdurmamışam, ağıllan, sonra gəl. Nə etmişəm, haqq demişəm, yalan deməmişəm ki... Bura idman institutudu, bu da "medinstitut" deyil ki, deyələr fiziologiyanı zəif bilirsən. Bura idman institutudur, bu kişi də idmançıdır. İdman ustasına namizəd idi. Nəyə görə ona "3" yazıb, Fəttahova "4" yazmalısan. Sonra elə Fəttahovun özünə də dedim ki, incimə məndən. O da dedi ki, mən səni başa düşürəm. Bax belə, onun üstündə qovmuşdular məni. (gülür)... Qayıdanda dedim ki, "məni gecikdirdiniz. Bəlkə də indi Ali Məşqçilər Məktəbini də bitirmişdim. Siz imkan vermədiniz. Mənim karyeramın üstündən elə bil xətt çəkdiniz".  

Fotoları baxırıq. Övladlarının şəklini göstərir. Evə gələndən divarda hərbiçi şəkli diqqətimi çəkmişdi. Mövzunu ona çəkirəm. 
 


- Müəllim, şəkildəki oğlunuzdur?
- Oğlum Fərid. İndi cəbhədədir. Səfərbərliklə çağırdılar. Özü də ayağı zədəli getdi. Ayağı sınmışdı. Qəşəng futbol oynayırdı, mən qoymadım davam etsin. "Lomşik" idi, önünə gələni sındırırdı. Dedim, a kişi, istedadlı uşaqları vurub sındırıb bədbəxt edirsən. Qoymadım oynasın. Sonra da universitet oxudu... Amma hərdən gedib oynayır. Özü də məşqçi işləyib. Kəndlər komandası vardı, amma adı yadımda deyil. Özü də görürəm ki, bilir, başı çıxır. Sonra sponsorları olmadı. Arada axşamlar yığışıb uşaqlarla futbol oynayırdılar. Elə orda ayağını sındırmışdı, əməliyyat olundu 2 mil qoydular. Elə millər ayağından təzə çıxarılmışdı müharibə başladı, onu da apardılar. Həmin dəqiqə də canla başla getdi.
 

 
 
Füzulidə başladı, sonra Cəbrayıla, Zəngilana getdi. İndi də Qubadlıdadır. Sərhəd Qoşunlarına veriblər. İki dənə də körpəsi var. Evdə yoxdular indi, gediblər o biri babasıgilə. Birinin 3 yaşı var, o biri də hələ dil açmayıb. (Susur)... Döyüşdədir də, Allah sağ-salamat eləsin. (Kövrəlir). Darıxıram, partlayıram, çox darıxıram. Danışanda bir onu deyirəm ki, oğul snayperdən ehtiyatlı ol. Düzdür, daha ermənilərin atmağa ixtiyarları yoxdur, amma yenə də deyirəm. Gedəndə də tapşırdım ki, birdən əsir götürsələr, özünü vur, amma əsir düşmə...

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X