16:59 18.03.2021 1598

"Həmyerlilərimiz bu sahədə təzyiq altında fəaliyyət göstərirdi" - MÜSAHİBƏ

1986-cı ildə Yevlaxda anadan olan Qurban Əliyev futbola elə doğma rayonunun komandası "Karvan"da başlayıb. Sonradan bir çox klublarda da çıxış edən Qurban 24 yaşında keçirdiyi qəza nəticəsində futbolçu karyerasını bitirmək məcburiyyətində qalıb. Uzun müddət futboldan uzaq qalan veteran idmaçı 30 yaşında yenidən futbola qayıdıb. 

Türkiyə və Rusiyada tanınmış mütəxəssislərin yanında məşqçi olaraq praktika keçən Əliyev hazırda Gürcüstanın gənclərdən ibarət "Marneuli" futbol klubunun baş məşqçisi qismində fəaliyyətini davam etdirir.

Gənc məşqçi fəaliyyəti və komandası ilə bağlı maraqlı məqamları Fanat.Az-a bölüşüb: 
 


- Niyə Azərbaycanda yox, Gürcüstanda çalışmaq qərarına gəldiz? Azərbaycanda gənc məşqçilərin işləməsinə şərait yaradılmır?
- Futbolçu karyeramı ürəkaçan şəkildə bitirə bilmədiyim üçün bir az futbola, daha doğrusu özümə acıqlı idim. O dönəmdə Azərbaycanı tərk etdim və bir sıra ölkələrdə yaşadım. Rusiya, Türkiyə, Ukraynadan sonra Gürcüstana gəldim. Mən gənc məşqçiyəm, hələ 34 yaşım var. Mənə elə gəlirdi, Avropada daha yaxşı təcrübə yığıb Azərbaycana dönsəm, ölkəmə daha çox faydam olar. Düşündüm ki, bu sahədə Avropada irəli gedə bilərəmsə, ölkəmizdə olan, lakin ölkə xaricinə çıxa bilməyib karyerası məhv olan futbolçuları da öz komandama cəlb edə bilərəm. 

- Hazırda işləriniz necə gedir, komandanızda vəziyyət necədir?
- Gürcüstanda bir ildir fəaliyyətə başlamışıq. Bu müddət ərzində komandamız əvvələ nisbətən daha üst sıralarda yer alıb. Onu da qeyd edim ki, geridə qalan bir ildə yeddi futbolçu yetişdirib başqa klublara yerləşdirmişik. İki futbolçumuz isə "Dinamo"nun (Tbilisi) akademiyasında çıxış edir. Artıq "Dinamo"nun akademiyası ilə anlaşmışıq. Bu anlaşmaya əsasən, yetirmələrimizi "Dinamo"nun akademiyasına yerləşdirəcəyik. Məlum məsələdir ki, "Dinamo"nun akademiyası Gürcüstanın ən güclü və önəmli futbol məktəbidir, ölkənin bir nömrəsidir. 
 


- Komandada azərbaycanlı uşaqlar varmı?
- Bizim komandamızda əsasən Gürcüstan azərbaycanlıları çoxluq təşkil edir. Bildiyiniz kimi, Gürcüstanda bir milyona yaxın azərbaycanlı yaşayır. Ancaq açıq şəkildə deyə bilərəm ki, biz bura gəlmədən öncə soydaşlarımız bu sahədə təzyiq altında fəaliyyət göstərirdi. Yeni klub yaratdıq və adını da "Marneuli" FK qoyduq. Bizim bu addımımız həmyerlilərimizə "yaşıl işıq" oldu. Təbii ki, bütün bu işləri tək etmədim. Bu yolda dəstək olan şəxslər oldu. Bunlar Marneuli rayonunun deputatı Zaur Darğalı bəy başda olmaqla, İdman Komitəsinin direktoru Yago Naveriani və mənimlə bu günə kimi çiyin-çiyinə irəliləyən Əli Yusubova öz minnətdarlığımı bildirirəm. 

- Yetirmələrinizdən Azərbaycan klublarına təklif etmisizmi və ya Azərbaycandan apardığınız uşaqlar varmı? Ümumiyyətlə, belə fikriniz varmı?
- Təbii ki... Bizim Azərbaycanda olan bəzi məşqçilərlə əlaqəmiz var. Sərhədlərin açılmasını gözləyirik. Sərhədlər açıldıqda sonra komandamızla birlikdə Azərbaycana 10 günlük səfər etməyi düşünürük. Səfər çərçivəsində 5 oyun keçirməyi planlaşdırırıq. Səfər zamanı orda uşaqların çıxışına baxmaq şansımız olacaq. Eyni zamanda 23 aprel Dünya Uşaqlar Günü ilə əlaqədar Türkiyənin Antalya şəhərində keçiriləcək turnirə də dəvət ediblər. Turnirə dünyanın bir çox ölkəsinin öndə gedən klublarının uşaq komandaları qatılacaq. Bizim də belə bir turnirdə gücümüzü sınamaq imkanımız olacaq. 
 


- Gürcüstanla Azərbaycanın uşaq futbolu arasındakı fərq barədə nə deyə bilərsiz?
- Gürcüstan futbolu ilə Azərbaycan futbolu liqa baxımından eyni səviyyədədir. Ancaq Gürcüstan Avropa Birliyində olan bir ölkə olduğu üçün burdakı gənclərimizin xaricə çıxışı çox asandır. Dünyanın bir çox öndə gedən klublarında ildə bir-iki dəfə açıq qapı elan olunur və bu fürsətdən istifadə edən gənclərimiz sınaq məşqlərinə qatıla bilirlər. 
 
Məsələn, Hollandiyanın "Ayaks" futbol klubu dünyada uşaq futbolu üzrə ilk sıralarda yer alır. Biz Hollandiyaya belə uşaqlarımızı sınaqlara göndəririk. Pandemiyadan öncə Rusiyanın "Zenit" klubu açıq qapı elan etdi, biz də ora bir neçə yetirməmizlə qatıldıq. Biz uşaqlarımızı göz önünə çıxarmasaq, kim bilə bilər ki, bizim necə yetirmələrimiz var. Artıq "Dinamo" (Tbilisi) ilə anlaşmamız olduğuna görə, istedadlı uşaqlarımızı akademiyaya yerləşdiririk və orda çox yüksək səviyyədə, yüksək intizam fonunda məşqlərdə iştirak edirlər. "Dinamo" akademiyası da gənclərimizlə birlikdə ildə bir neçə dəfə Avropa ölkələrində keçirilən turnirlərə qatılırlar. 
 


- Azərbaycan futbolundan söz açılmışkən, ölkə çempionatımız və milli komandamız barədə də fikirlərinizi öyrənmək istərdik. 
- Sözün açığı, mən artıq 10 ilə yaxındır ki, Azərbaycan kənarda yaşadığım üçün o qədər də dərin məlumatım yoxdur. Ancaq onu qeyd edə bilərəm ki, Azərbaycan artıq əvvəlki dönəmlərə baxdıqda aktiv futbol nümayiş etdirməyə başlayıb. UEFA Kubokunda ilk dəfə mərhələ adlayaraq tarix yazan "Karvan" klubu olub. Ancaq hazırda nəinki mərhələ adlamaq, artıq Azərbaycan komandaları Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanırlar. Bu, bizim üçün sevindirici və qururverici haldır. Ancaq bir məqama da diqqət etmək lazımdır ki, "Karvan", "Kəpəz" kimi Azərbaycanda sözlərimi demiş bir çox klub kölgəyə çəkilib. Ya dağılıb ya da belə desəm, can üstündədir. Nədənsə Azərbaycanda əsas problem komandaları sona kimi maliyyələşdirə bilməməkdir. Sahibkarlar bir neçə il öz maraqları üçün klubları maliyyələşdirsələr də, sonda o klubu yarıyolda buraxılar. 

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X