"Renn"in yarımmüdafiəçisi Eduardo Kamavinqa klubunu dəyişmək istəyir.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı fransalı agenti Conatan Barnettə gələn ilin yayında "Renn"i tərk etmək istədiyini deyib.
Mənbə Fransa klubunun idarəçilərinin gənc Kamavinqaya mane olmağa hazırlaşmadığını və onu 50-80 milyon avroya satacağını vurğulayıb. Madrid "Real"ını istedadlı gənci heyətə qatmağa əsas namizəd göstərən İspaniya nəşri "Renn"lə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək oyunçunun da bu varianta üstünlük verdiyini önə çəkib.
Fanat.Az