Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.
Fanat.Az xəbər verir ki, qrup mərhələsinin son turunun ən yaxşı 11 futbolçusu arasında İtaliyanın "Yuventus", Fransanın PSJ və İspaniyanın "Atletiko" klublarının 2 oyunçusu var.
Qapıçı: Canluici Buffon ("Yuventus");
Müdafiəçilər: Natan Ake ("Mançester Siti", İngiltərə), Denis Popov ("Dinamo", Kiyev, Ukrayna), Niklas Süle ("Bavariya", Almaniya), Mario Ermoso ("Atletiko"), Anxelinyo ("Layptsiq", Almaniya);
Yarımmüdafiəçilər: Rüd Vormer, ("Brügge", Belçika), Yannik Karrasko ("Atletiko");
Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ), Kriştianu Ronaldu ("Yuventus").
Fanat.Az