A Seriyasının 11-ci turunda "Cenoa"nın qapısına yol taparaq (3:1) bu mövsüm ilk qolunu vuran Paulo Dibala açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Football Italia" argentinalı futbolçunun söylədiklərini belə çatdırıb:
"Hücumçu üçün qol vurmaq çox vacibdir. Bu, bizə özünəinam verir. Mənim üçün rəqib qapısına yol tapmaq olduqca önəmli idi. Neçə oyun idi ki, top ayağıma düşəndə özümü rahat hiss etmir, özümə bənzəmirdim. Qol vura bilmədiyim oyunların sayı artdıqca hər şey daha da pisləşirdi. Tez-tez hədəfdən yayınırdım. Bundan sonra daha inamlı oyun sərgiləyə biləcəyimə ümid edirəm.
Yeni müqavilə imzalamamağıma gəlincə, haqqımda yazılan yalan məlumatlara görə üzgünəm. Bəzi mənbələr maliyyə məsələlərini qabartmaqla məni azarkeşlərin hədəfinə çevirir. Amma mən "Yuventus"u sevirəm. Həmişə bundan sonra da "Yuve"də oynamaq istədiyimi demişəm. İnsanlar kluba sadiq olduğumu bilir".
Fanat.Az