Joze Mourinyunun güvənmədiyi adlardan olan Dele Alli böyük ehtimalla, bu qış "Tottenhem"dən ayrılacaq.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçini "Everton" icarəyə götürmək istəyir.
Sözügedən klub hotspurluların daha bir futbolçusu Harri Uinkslə də maraqlanır. Hər iki oyunçu daha çox oynaya bilmək və İngiltərə millisinin heyətinə düşmək üçün klubunu dəyişməyə can atır.
Qeyd edək ki, Mourinyu bu mövsüm Alliyə 3, Uinksə 4 çempionat oyununda forma şansı verib.
Fanat.Az