"Yuventus"un 32 yaşlı futbolçusu Xuan Kuadrado Turin təmsilçisindən ayrıla bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, hücumçu Çinin "Quançjou Everqrand" klubundan cəlbedici təklif alıb. Çinlilərin kolumbiyalı ilə 3 illik müqavilə imzalamağa hazır olduğu bildirilib. O, bu təklifi qəbul edəcəyi halda, ildə 12 milyon avro qazanacaq.
Kuadradonun "Yuventus"la olan müqaviləsinin müddəti 2022-ci ilin iyununda bitəcək.
Fanat.Az