"Vest Bromviç" rəhbərliyi baş məşqçi Slaven Biliçi istefaya göndərib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, xorvat çalışdırıcı ilə birgə İngiltərə təmsilçisini onun üç köməkçisi də tərk edib.
"Qaratoyuqlar"ın mətbuat xidməti Biliçlə əməkdaşlığa son qoyulmasının səbəbləri haqda yaxın vaxtlarda məlumat verməyəcəklərini də ictimaiyyətin diqqətinə çatdırıb.
Klub yolları ayırdığı mütəxəssislərə uğurlar arzulayıb:
"Slavenə və məşqçilər korpusunun digər üzvlərinə ötənilki fəaliyyətlərinə, komandanın səviyyəsinin qaldırılmasına görə minnətdarıq. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq".
Qeyd edək ki, 2019-cu ildən "Vest Bromviç"i çalışdıran Biliç 2 illik fasilədən sonra komandanı Premyer Liqaya qaytarıb. Son turda səfərdə "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə edən "qaratoyuqlar" 7 xalla turnir cədvəlinin 19-cusudur.
Fanat.Az