"Neftçi"dən istefa verən Nazim Süleymanov komandanı cəimi 9 oyuna çıxarıb. Fanat.az xəbər verir ki, Super Kubokdakı "Xəzər Lənkəran" məğlubiyyətindən sonra komandanın başına keçən mütəxəssis 8 Premyer Liqa, 1 kubok matçında iş başında olub.
Çempionatda 4 qələbə qazanan Süleymanov 1 heç-heçə görüb və 3 məğlubiyyət acısı yaşayıb. Bu oyunlarda 13 qol vuran "Neftçi" 12 dəfə özü məyus olub.
Süleymanovun kubokdakı yeganə qələbəsi 1/8 finalın "Kəpəz"lə qarşılaşması olub. Həmin qarşılaşmada "ağ-qaralar" 1:0 hesablı qələbəyə sevinib.
Fanat.az