İtaliyanın “Palermo” klubunun yarımmüdafiəçisi Nikolas Viola Azərbaycan çempionu “Neftçi”nin təklifini qəbul etməyib. Azerisport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 24 yaşlı futbolçu “Palermo”da qalmaq istədiyini bildirib və Azərbaycan çempionunun təklifini geri çevirib.
Qeyd edək ki, “Palermo” növbəti mövsümdən B Seriyasında çıxış edəcək. Onun A Seriyasında çıxış edən klublardan hansınasa keçməkdə də maraqlı olduğu yayılan xəbərlər arasındadır.
İdman24.az