Topaz Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, "Neftçi"nin çalışdırıcı Nazim Süleymanov postunu tərk etməklə bu aqibəti yaşayan 7-ci mütəxəssis olub.
Bundan əvvəl "Rəvan"da 3 baş məşqçi dəyişikliyi baş tutmuşdu. Ramil Əliyevi Vladislav Qədirov, onu Şahin Diniyev, sonuncunu isə Güvənc Kurtar əvəzləmişdi.
Nazim Süleymanovu yola salan "Neftçi" Premyer Liqanın ən qeyri-peşəkar komandası olan "Rəvan"a çatıb. Belə ki, yayda Böyükağa Hacıyevin istefasını qəbul edən paytaxt klubu komandanı Tərlan Əhmədova tapşırmışdı. Onun yerinə Nazim Süleymanovu gətirən "ağ-qaralar" dünən növbəti istefanı qəbul etdi.
Mövsümün daha bir dəyişikliyi "Xəzər Lənkəran"da reallaşıb. Cənub təmsilçisi Con Toşakı Mustafa Dənizli ilə əvəzləyib.
Fanat.az