"Barselona"nın superulduzu Lionel Messi ölkə çempionatı çərçivəsində bu gün "Valensiya"ya ilə keçirilən oyunun (2:2) ilk yarısında qol vurub.
Fanat.Az xəbər verir ki, bu, hissənin sonunda başla fərqlənən 33 yaşlı argentinalı üçün Kataloniya klubunun formasıyla vurduğu 643-cü qol olub.
Beləliklə, Messi bir klubda vurduğu qolların sayına görə Peleyə çatıb.
Qeyd edək ki, Pele bu sayda qolu "Santos"da çıxış edərkən vurub.
Fanat.Az