"Liverpul” Premyer Liqada özünün ən böyükhesablı qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, mersisaydlılar XIV turun "Kristal Pelas”la qarşılaşmasında 7:0 hesablı qələbə qazanıb. Məhəmməd Salahla Roberto Firminonun dubl etdiyi oyunda Takumi Minamino, Sadio Mane və Cordan Henderson hərəyə bir qol vurub.
Bu, "Liverpul"un son 31 ildə ən böyükhesablı qələbəsidi. "Qırmızılar" çempionatda son belə uğuruna yarış Premyer Liqa adlanmazdan öncə imza atıb. 1989-cu ildəki "qurban” da "Kristal Pelas” olub. Həmin vaxt 9:0 hesabı qeydə alınıb.
Bu görüş Yurgen Kloppun da rekordu ilə əlamətdar olub. Almaniyalı "Liverpul”un baş məşqçisi kimi Premyer Liqada ən çox qələbə qazanan məşqçi olub. O, 127-ci qələbəsini 196-cı matçda bayram edib.
Klopp 125 qələbəsi olan Rafael Benitesi arxada qoyub. Cerar Ulye 112, Roy Evans 87, Brendan Rocers 63 qələbə ilə "Top-5”də yer alıb.