"Liverpul”un hücumçusu Məhəmməd Salah "Barselona” və ya "Real”a keçəcəyi ilə bağlı iddialara cavab verib.
Fanat.Az xəbər verir ki, misirli futbolçu komandadakı gələcəyi ilə bağlı da danışıb.
Salanın sözlərinə görə, "Real” və "Barselona” hazırda ən güclü klublardan ikisidir. Gələcəkdə nəyin baş verəcəyini bilmirik, amma hazırda "Liverpul”la Premyer Liqanı və Çempionlar Liqasını yenidən qazanmaq istəyirəm. Komandada nə qədər qalacağım çətin sualdır. Hər şey "Liverpul”dan asılıdır. Komanda ilə birlikdə mümkün olan bütün rekordları qırmaq istəyirəm. Ümid edirəm ki, bu mövsüm yenidən çempion olarıq”.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul”un şərəfini qoruyan 28 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.