"Napoli"nin futbolçusu Arkadiuş Milik komandadan ayrılacaq.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu qış transfer dönəmində "Yuventus"a keçəcək. Turin təmsilçisi polşalı oyunçunun transferi üçün qarşı tərəflə razılığa gəlib. Ölkə çempionu Milik üçün "Napoli"yə 18 milyon avro ödəyəcək.
Qeyd edək ki, Arkadiuş Milik cari mövsüm "Napoli" forması ilə meydana çıxmayıb. Neapol təmsiçisi onun adını heç bir turnirin iştirak ərizəsinə daxil etməyib. 2016-cı ildə "Ayaks"dan İtaliya klubuna 32 milyin avroya transfer olunan forvard ötən mövsüm 35 oyunda 14 qol vurub.