Super Liqa təmsilçisi "Göztəpə”nin heyətində koronavirusa daha dörd yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, testinin cavabı müsbət çıxanlardan üçü futbolçu, biri isə klub işçisidir.
Bu şəxslərin dərhal karantinə alındığı bildirilib.
Fanat.Az