"Yuventus”un futbolçusu Kriştianu Ronaldoya "Golden Foot” mükafatı təqdim olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
35 yaşlı hücumçunun mükafatı alacağı dekabrın 1-də elan edilsə də, koronavirus pandemiyası səbəbindən təqdimetmə gecikib. "Golden Foot"u alanlar Monte Karlodakı Çempionlar Xiyabanında ayaq izlərini buraxırlar.
Qeyd edək ki, futbolun inkişafındakı xüsusi xidmətlərə görə təqdim olunan "Golden Foot” mükafatı ildə bir dəfə və yaşı 29-dan az olmayan futbolçulara verilir.
Xatırladaq ki, "Golden Foot" 2003-cü ildən verilib. İlk mükafatçı Roberto Bacco olubsa, 2019-cu ildə Luka Modriç bu titula sahib çıxıb. "Golden Foot" futbolçulara həm komanda şəklində, həm də şəxsi idman uğurlarına görə verilən illik beynəlxalq mükafatdır və ən azı 29 yaşında olan oyunçulara verilir.
Fanat.Az