Fransa çempionatının XVI turunda keçirilmiş "Loryan" - "Renn" matçından sonra faciəvi hadisə baş verib.
Fanat.Az xəbər verir ki, "Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunun əməkdaşı qarşılaşmanın ardından dünyasını dəyişib.
"LEquipe" nəşrinın yaydığı xəbərə görə, görüşün başa çatmasından 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb.
40-cı dəqiqənin tamamında işçi dağıntılar altından çıxarılıb. Oyunda iştirak edən həkim heyəti ilkin tibbi yardım göstərib, zərərkəkən xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, matç "Renn"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.