"Liverpul”un futbolçusu Məhəmməd Salah "Real”a keçə bilər.
Fanat.Az xəbər verir ki, Britaniya mətbuatında misirli hücumçu Madrid klubunda oynamaq hədəfi ilə bağlı informasiyalar yayılıb. Müxtəlif mənbələrdə onun bu istəyini yaxın dostlarına söylədiyi qeyd olunub.
Mersisayd klubunun Salahın satışı üçün ən əlverişli variantı seçəcəyi bildirilib.
28 yaşlı futbolçu ilə "Mançester Siti” və PSJ də maraqlanır.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul”da çıxış edən Salah bu mövsüm ümumilikdə 21 oyuna 16 qol vurub, 4 məhsuldar ötürmə edib.
Fanat.Az