Türkiyənin aşağı dəstə klubu "Ankaraspor"un yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sabiq baş məşqçi Mustafa Özerin boş qoyduğu "sükan" isə vaxtilə "Neftçi" və "Qarabağ"da çalışmış Mehmet Aka həvalə olunub. Akın köməkçilərinin adı da açıqlanıb. Belə ki, mütəxəssisə Hasan Vural (köməkçi məşqçi), Bahaddin Türkarslan, Volkan Arat (hər ikisi fiziki hazırlıq üzrə məşqçi), Ahmet Özdemir (oyun analizçisi) və Habip Anap (qapıçılar üzrə məşqçi) kömk edəcək.
Bəzi məlumatlara görə, türkiyəli mütəxəssis Azərbaycan millisinin bir neçə oyunçusunu komandasına dəvət etmək niyyətindədir. Qarşıdakı qış transfer pəncərəsində bu oyunçularla danışıqlara başlayacağı gözlənilir.
Akın əsasən vinger mövqeyində çıxış edən futbolçularla maraqlandığı bildirilir.
Fanat.Az